Bia.Az

Almaniyada son 70 ilin ən yüksək inflyasiya səviyyəsi - Marketlərdə un tapılmır

Dünya
 21-06-2022, 13:39     60

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə dünyanın siyasi xəritəsi ilə yanaşı iqtisadi vəziyyətini də xeyli dəyişib. Rusiya qazından idxal payı 50 faizdən artıq olan bir çox Avropa ölkələri bu asılılığı hələlik tam şəkildə azaltmağa nail ola bilməsələr də, əsas məqsəd olaraq bu istiqamətdə çalışırlar. Ancaq Rusiya qazından tamamilə imtina qısa zaman kəsiyində real görünmür. Enerji qiymətlərinin artması Almaniyada qida məhsullarından tutmuş xidmət sahələrinə qədər bütün istiqamətlərdə qiymətləri bahalaşdırıb.


Almaniya Federal Statistika idarəsinin açıqladığı son məlumata əsasən, ölkədə inflyasiya 7,9 %-ə yüksəlib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir. Bu, son 70 ilin ən yüksək inflyasiya səviyyəsidir. 

Bundan əlavə enerji qiymətləri 38,3 % bahalaşıb. Qida məhsullarının qiymətindəki artım isə 11% nisbətindədir. Bəzi qida məhsulları var ki, qiymətləri hətta 35-40% bahalaşıb. Misal olaraq, Rusiya-Ukrayna müharibəsindən əvvəl 1 litri 0,99 Avro olan bitki yağı hazırda marketlərdə 4.99 Avroya satılır.

 Bundan əlavə unun satışında da məhdudiyyətlər var. Elə gün olur ki, marketlərdə un ümumiyyətlə tapılmır.

Hökumət hazırda vətəndaşların sosial iqtisadi durumunu yaxşılaşdırmaq üçün müzakirələr aparır.скачать dle 12.1