Bia.Az

Rusiya Severodonetsk əhalisini deportasiya edir - Britaniya kəşfiyyatı

Dünya
 18-06-2022, 16:54     303

Rusiya birtərəfli qaydada guya ukraynalıları Severodonetskdən təxliyə etmək üçün qondarma “humanitar” dəhlizlər elan edir. Şəhərin əhalisi müvəqqəti işğal olunmuş ərazilərə deportasiya edilir. Və yenə də bu cür hərəkətlər döyüş bölgəsində məkanı manipulyasiya etməyə imkan verir.


Bia.az xəbər verir ki, müvafiq məlumatı Britaniya kəşfiyyatı öz rəsmi "Tvitter"də Ukraynadakı hərbi əməliyyatlarla bağlı son hesabatında paylaşıb.

“İyunun 14-dən Rusiya və separatçı rəsmilər Severodonetskdən dinc sakinlərin təxliyəsi üçün humanitar dəhlizlər yaratmağa çalışdıqlarını bildiriblər. Rusiyanın həm Ukraynada, həm də Suriyadakı kampaniyasında birtərəfli qaydada elan edilmiş “humanitar” dəhlizlərdən hərbi əməliyyatlar məkanını manipulyasiya etmək və insanları zorla köçürmək mexanizmi kimi istifadə etmək presedenti var”, - Britaniya kəşfiyyatı bildirib.
Xəbərdə Severodonetsk sakinlərinin rusların təklifinə etimadsızlıq edəcəyi ehtimal edilir. Hazırda şəhərdən çıxışlar dağıdılmış körpülərlə məhdudlaşdırılıb, lakin Rusiya Federasiyasının “humanitar” dəhlizləri Svatovoya, yəni müvəqqəti işğal olunmuş ərazinin içərisindən keçməklə həyata keçirir. Britaniya kəşfiyyatının məlumatına görə, ruslar bundan imtina edərək Severodonetskdə dinc sakinləri daha şiddətli atəşə tutmağa başlaya bilərlər.

Hesabatda döyüşlərdən də bəhs edilir. Son 48 saat ərzində Rusiya İzyumun cənubuna doğru irəliləmək və Severodonetski şimaldan mühasirəyə almaq cəhdləri göstərir.

Xatırladaq ki, Baş Qərargahın son hesabatında işğalçıların əasas qüvvələrini üç bölgəyə - Slavyansk, Baxmut və Severodonetsk istiqamətində cəmlədiyi bildirilirdi. Bəzi əməliyyat bölgələrində döyüşlər davam edir. Böyük itkilərə görə Rusiya komandanlığı döyüş qabiliyyətini bərpa etmək üçün 1-ci Ordu Korpusunun 11-ci Əlahiddə motoatıcı alayının bəzi hissələrini döyüş bölgəsindən çıxarmağa məcbur olub.скачать dle 12.1