Bia.Az

Türkiyə və Yunanıstan arasında gərginlik artır: “İki ssenari var”

Dünya
 14-06-2022, 13:53     349

Son zamanlar Türkiyə ilə Yunanıstan arasında qarşılıqlı açıqlamalarla gərginlik artarkən, Ərdoğan Yunanıstanın adaları silahlandırması ilə bağlı “Yunanıstanı bir əsr əvvəl olduğu kimi xəyallardan, ritorikadan və təəssüflə nəticələnəcək hərəkətlərdən uzaq durması ilə bağlı yenidən xəbərdar edirik",- deyə bildirib.


Bizimyol.info xəbər verir ki, Yunanıstan hökumətindən olan mənbələr Ankara-Afina xəttində son günlər yaranmış gərginliklə bağlı açıqlamalar veriblər. Yunanıstan rəsmiləri, Türkiyədən gərginliyi 2020-ci ildən bəri görülməmiş səviyyəyə qaldıracaq iki addım gözlədiklərini açıqlayıblar.
Yunanıstanda çıxan Kathimerini qəzetində yer alan xəbərə görə, Yunanıstan Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlunun BMT-yə məktub yazmasını və ya Türkiyənin Egey dənizində Yunanıstana nota verməsini gözləyir. Hökumətə yaxın mənbələr qəzetə bildiriblər ki, Türkiyənin Egey dənizindəki adaların suverenliyinə etiraz etmək üçün addım atacağı gözlənilir.
Yunan adalarının tərksilah edilməsi ilə bağlı Türkiyənin arqumentlərinə BMT-yə göndərdiyi məktubda cavab verən Yunan hakimiyyətinin Türkiyənin bu addımına qarşı çıxmağa hazır olduğu vurğulanıb.
Kathimerini qəzetinə danışan yunan mənbələrinin məlumatına görə, Türkiyədən gözlənilən ikinci addım Rodos və Krit adaları arasında, yəni 28-ci şərq meridianının qərbində yerləşən bir bölgədə dövlətə məxsus Türkiyə Neft Şirkətinə kəşfiyyat lisenziyasının verilməsidir. Yunanıstanda çıxan qəzetə görə, bu vəziyyətin adaların suverenlik hüquqlarına etiraz olaraq qəbul edilə biləcəyi də iddia edilib.
Qəzetə danışan yunan mənbələri Türkiyənin hansı mümkün ssenariləri izləyəcəyini bilməsələr də, yay ayları ilə gərginliyin daha da artmasının mümkün olduğunu vurğulayıblar və bu yay mövsümü üçün "isti olacaq" şərhini veriblər.
Qəzetə danışan Yunanıstan rəsmiləri xüsusilə Rəcəb Tayyib Ərdoğanın sərt ritorikasını artırmasına səbəb olaraq, 2023-cü il seçkilərinə işarə ediblər. Qəzet iddia edib ki, Ərdoğanın son anketlərdə gözlədiyi performansı əldə edə bilməməsi onun Yunanıstana qarşı ritorikasını sərtləşdirib. Ərdoğanın xüsusilə Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi hədəf almasının da bundan qaynaqlandığı iddia edilib.

Kiriakos Mitsotakis və Co Bayden 

Kiriakos Mitsotakis və Co BaydenKathimerini ilə danışan mənbələr ABŞ -ın milli təhlükəsizlik müşaviri Jake Sullivan ilə Ərdoğanın baş müşaviri və prezidentin sözçüsü İbrahim Kalının iki ölkə arasındakı münasibətlərdə təhlükəsizlik klapan rolunu oynadığını da iddia edib. İkisinin ABŞ-Türkiyə münasibətlərinin bərpasına kömək etmək üçün yaxın gələcəkdə görüşəcəyi iddia edilir.
Yunanıstan rəsmiləri, Alyansın Rusiyanın təcavüzü təhlükəsi ilə üzləşdiyi bir vaxtda ABŞ-ın Türkiyəyə NATO müttəfiqinə qarşı mövqeyini yumşaltmağı tövsiyə edəcəyinə ümid etdiklərini bildiriblər.
Digər tərəfdən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən “Yunanıstan baş nazirinin ABŞ Konqresində bizi tərifləyəcəyini gözləmirik. Bununla belə, təhlükəsizliklə bağlı iki NATO üzvü ölkə və NATO ilə həmrəylik mövcuddur. F-16-lar üçün lobbiçilik məqbul deyil”,-deyə açıqlama verib.
Afina administrasiyasının Çavuşoğlunun bu açıqlamalarına reaksiyası çox çəkməyib.
Yunanıstanın dövlət televiziyası ERT-yə danışan diplomatik mənbələr, “Türkiyənin əsassız iddialarına xəritə və məktublarla cavab verdik. Afina yalnız sübutlara cavab verir”,- deyə bildiriblər.
Çavuşoğlu KKTC prezidenti Ersin Tatar ilə keçirdiyi mətbuat konfransında, "bundan sonra danışıqlar olacaqsa, bu, iki toplum arasında deyil, iki dövlət arasında olacaq. Türkiyə hər ikisini də müdafiə etməyə davam edəcək”,-deyə çıxış edib.скачать dle 12.1