Bia.Az

"Sanksiyalar və təcrübəsizlik Rusiya ordusuna problem yaradır" - Britaniya kəşfiyyatı

Dünya
 14-06-2022, 13:50     344

Rusiya ordusu səylərini Severodonetsk ətrafında cəmləşdirir. Bundan əlavə, onlar Xarkov yaxınlığında müəyyən irəliləyiş əldə edə biliblər.



Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
“Rusiya əsas əməliyyat qüvvələrini Donbassda Severodonetskə qarşı hücuma hazırlayır. Rusiyanın qərb qoşun qrupu, yəqin ki, bir neçə həftə ərzində ilk dəfə olaraq, Xarkov istiqamətində bəzi döyüş üstünlüyü əldə etdiyi üçün belə inamlı addımlar atmağa qərar veriblər",- deyə Britaniya Müdafiə Nazirliyi qeyd edib.
"Eyni zamanda, Rusiyanın hərbi xərclərə ayırdığı maliyyənin artmasına baxmayaraq, Putin ordusu Qərbin sanksiyalarının təsiri və bəzi sahələrdə təcrübənin olmaması səbəbindən texnikanın təminatında problemlər yaşayacaq",- deyə məlumatda bildirilir.
“İyunun 10-da Rusiya Federasiyasının Hərbi-Sənaye Komissiyası sədrinin birinci müavini orduya dövlət xərclərinin 600-700 milyard rubl artacağını proqnozlaşdırıb ki, bu da maliyyələşmənin təxminən 20 faiz artması demək ola bilər”,- deyə açıqlamada deyilir.
Qeyd olunur ki, maliyyə vəsaiti Ukraynaya qarşı müharibədən irəli gələn ehtiyacları ödəmək üçün ölkənin müdafiə sənayesini yavaş-yavaş səfərbər etməyə imkan verəcək.
“Lakin bu ehtiyacların çoxunun ödənilməsi qismən sanksiyaların təsiri və təcrübənin olmaması səbəbindən problemli ola bilər. Çox güman ki, Rusiya Federasiyasında yüksək keyfiyyətli optika və qabaqcıl elektronika istehsalı ilə bağlı çətinlikləri yaranacaq. Və bu, Ukraynada itirilmiş avadanlığın dəyişdirilməsi ilə bağlı çətinliklər yarada biləcək”,- deyə kəşfiyyat agentliyi bildirib.
Ukrayna mətbuatının daha əvvəl xəbər verdiyi kimi, Rusiya işğalçıları Ukraynada hətta soyuducu maqnitlərini də oğurlayırlar. Amma belə xırda vasitələrlə böyük müharibənin təhcizatını təmin etmək mümkün olmayacaq.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, Donetsk vilayətində Rusiya işğalçıları öz hava hücumundan müdafiə sistemi üçün komponentlər əldə etmək istəyiblər.скачать dle 12.1