Bia.Az

UKRAYNA ORDUSU BU ŞƏHƏRİ GERİ ALDI - Bu şəhər işğal olundu, Kiyev və Xarkovda isə... + VİDEOLAR (Yenilənib)

Dünya
 28-02-2022, 11:37     285

“Ukrayna silahlı qüvvələri gün ərzində yaşayış məntəqəsini zəbt etməyə cəhd edən rus qoşunlarını Donetsk vilayətinin Volnovaxa şəhərindən çıxarıb. Mariupol şəhəri müdafiəni davam etdirir, Zaporojye vilayətində Berdyansk müvəqqəti olaraq düşmənin nəzarətinə keçib”.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.
"Düşmən bu gün (dünən-red) Volnovaxanı işğal edib, səylərini əsas zərbənin endirilən yerində cəmləyib, lakin Ukrayna Silahlı Qüvvələrinin əks-həmləsi sayəsində Volnovaxa geri alınıb. Və bizim qoşunlarımız indi oradadır. Onlar Volnovaxanın cənubunda problemləri lokallaşdırırlar. Mariupol tab gətirir, problem yoxdur", - o deyib.
O, həmçinin Zaporojye vilayətinin Berdyansk şəhərinin Rusiyanın nəzarətinə keçməsi ilə bağlı vəziyyəti izah ediblər: "Berdyansk düşmən tərəfindən işğal olunub, orada bizim qoşunlarımız yox idi. Şəhəri Melitopoldan Mariupola doğru hərəkət edən silahlı qruplaşma ələ keçirib. İndi oradadırlar".
Səhər tezden Kiyev və Xarkovda yenidən partlayış səsləri eşidilir.
Bu barədə Xüsusi Rabitə Dövlət Xidməti xəbər verib.
“Bundan əvvəl Ukrayna paytaxtında bir neçə saat sakitlik hökm sürüb”, - deyə məlumatda vurğulanıb.
Xarkovdakı yerli “Telegram” kanallarında şəhərdə Ukrayna hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyi və Rusiya ordusunun hücumlarını dəf etdiyi bildirilir.
“Xarkov Life”ın məlumatına görə, Rusiya qoşunları şəhərin hava limanını və yaşayış məntəqələrini atəşə tutur. Hələlik xəbərin rəsmi təsdiqi yoxdur.

Bu arada işğalçı Rusiya ordusu Çerniqovda yaşayış binasına raket atıb.
Hadisə nəticəsində yanğın başlayıb. Bir qadının xəsarət aldığı bildirilir.
Məlumata görə, yanğın hündürmərtəbəli binanın birinci və ikinci mərtəbəsində baş verib.скачать dle 12.1