Bia.Az

İtaliya: prezident seçkisi növbəti tura qaldı

Dünya
 25-01-2022, 11:05     223

İtaliyada prezident seçkisinin ilk turu geridə qalıb. Yanvarın 24-də keçirilən səsvermə qalibi müəyyən etməyib.

Novator.az bildirir ki, İtaliyada dövlət başçısını parlament palatalarının deputatları və bölgə təmsilçiləri daxil olan kollegiya seçir. Kollegiyanın 1009 üzvü var. Birinci tura 976 seçici qatılıb.

Dövlət başçısı seçilmək üçün ilk üç turda üçdə iki səs çoxluğu, dördüncü turdan başlayaraq sadə səs çoxluğu tələb olunur.
İtaliyada prezidentin səlahiyyət müddəti 7 ildir. 2015-ci ildən prezidentlik edən Serco Mattarellanın səlahiyyət müddəti fevralın 3-də başa çatır.


Prezidentliyə əsas iddiaçılar bu şəxslər sayılır: sabiq beynəlxalq əməkdaşlıq naziri Andrea Rikkardi, Konstitusiya Məhkəməsi sədrinin sabiq müavini Paolo Maddelana, indiki ədliyyə naziri Marta Kartabiya.

Parlament respublikası olan İtaliyada əsas siyasi fiqur baş nazirdir. Hökumət parlamentin aşağı palatasına (Deputatlar Palatası) və yuxarı palatasına (Senat) seçkilərin nəticələri əsasında qurulur.скачать dle 12.1