Bia.Az

İranda bioloji silaha qarşı təlim başlayıb

Dünya
 26-03-2020, 13:19     367

İranda bioloji silaha qarşı təlim başlayıbİran İnqilab Keşikçiləri Qvardiyasının Quru Qoşunları bioloji silahdan müdafiə üzrə təlim keçirir.

“bia.az” xəbər verir ki, məlumatı “Fars” yayıb.

Bildirilib ki, təlimlər ölkənin 3 000 rayonunda və Tehranın 100 məntəqəsində keçirilir.

Təlimdə qvardiya ilə yanaşı, onun kadr bazası sayılan yarımhərbi bəsic təşkilatı da iştirak edir.

Məlumata görə, ölkəni dezinfeksiya etmək üçün 10 bazada quru qoşunların 100 tağımı yaradılıb.

Qeyd edək ki, martın 15-də İranda bioloji silah təhlükəsindən müdafiə olunmaq məqsədi ilə silahlı qüvvələrin genişmiqyaslı təlimi keçirilib.скачать dle 12.1