Bia.Az

Acundan koronavirusa görə Pərvizə jest - Video

Dünya
 25-03-2020, 11:14     355

Acundan koronavirusa görə Pərvizə jest - VideoTürkiyədə yayımlanan "Survivor" yarışmasının iştirakçıları ötəngünkü buraxılışda koronavirusun bütün dünyada pandemiya elan olunduğunu öyrənib.

bia.az xəbər verir ki, Dominikanda gerçəkləşən realiti-şouda iştirakçılara bu barədə aparıcı Acun Ilıcalı məlumat verib.

"Ünlülər" və "Könüllülər" komandasının iştirakçıları xəbəri təəccüblə qarşılayıb.

Hazırda "Ünlülər" komandasında yarışan azərbaycanlı kikboksçu Pərviz Abdullayevə isə iki oğlu olduğu üçün ailəsi ilə danışmaq icazəsi verilib.

A.Ilıcalı ehtiyac yarandığı halda bu jestin hər bir iştirakçıya ediləcəyini söyləyib.
скачать dle 12.1