ABŞ-da 5-11 yaşlı uşaqların peyvəndlənməsinə başlanır
Noyabrın 8-dən ABŞ-da 5-11 yaşlı uşaqların koronavirus infeksiyası əleyhinə peyvəndlənməsi üzrə dövlət proqramının icrasına başlanacaq.
Novator.az-ın məlumatına görə, bunu “Vaşinqton Post” qəzeti Ağ evin COVİD-19-la bağlı koordinatoru Ceff Zientsə istinadla yazıb.
ABŞ-da qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti həyata keçirən administrasiya (FDA) 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvəndlənməsinə bir neçə gün əvvəl icazə verib.
Valideynlər uşaqlarını peyvənd etdirə biləcəkləri tibb məntəqələrinin ünvanlarını Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytından öyrənəcəklər.
ABŞ-da 5-11 yaşlarında 28 milyon uşaq var.
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası indiyədək 5 milyon 20 mindən çox adamın ölümünə gətirib. Ölümlərin 767 mindən çoxu ABŞ-da qeydə alınıb.
Mənbə:
Washingtonpost.com