Bia.Az

Rusiyada koronavirus haqda nə düşünürlər?

Dünya
 3-11-2021, 02:57     260

Rusiyalıların 61%-i koronavirusun biloloji silah olduğunu düşünür. Novator.az-ın məlumatına görə, bunu “Levada” sorğu mərkəzinin oktyabrın 21-27-də ölkənin 50 subyektində 1636 nəfər arasında keçirdiyi sorğu göstərib.

Yaşı 55-i keçmiş insanlar arasında koronavirusun laborator şəraitdə, biloloji silah kimi hazırlandığını düşünənlərin sayı digər yaş qruplarına nisbətdə daha çoxdur: 68%.
18-24 yaş qrupundan olan respondentlərin 43%-i koronavirusun biloloji silah olduğuna inanır.
Sorğu zamanı respondentlərə koronavirusa yoluxmaq qorxusu ilə bağlı da sual verilib. 48% infeksiyaya yoluxmaqdan qorxduğunu, 50% isə qorxmadığını deyib.
Tədqiqatçılar avqust ayı ilə müqayisədə koronavirus infeksiyasına yoluxmaqdan qorxanların sayının artdığını qeyd edirlər. Avqustda respondentlərin 43%-i koronavirusa yoluxmaqdan qorxduğunu demişdi.
Oktyabr sorğusunda respondentlərin 28%-i koronavirus xəstəliyini yüngül formada, 6%-i isə ağır formada keçirdiyini söyləyib.
Rəyi öyrənilənlərin 39%-i şəxsən tanıdıqları adamlar arasında xəstəliyi ağır keçirənlərin, 27%-i isə koronavirusdan ölənlərin olduğunu bildirib.
Sosioloqlar infeksiyaya qarşı peyvəndlənməyə hazır olanların sayında da artım müşahidə edildiyini vurğulayırlar.
Avqustda peyvəndlənmək istəyənlər 15% təşkil edirdi, oktyabrda bu göstərici 19%-ə yüksəlib.
Peyvənd olunmaq istəməyənlərin sayı avqust ayında 52% idi. Oktyabrda 45% olub.
Respondentlərin 33-%-i artıq vaksin vurdurduğunu açıqlayıb.
Sorğu iştirakçılarının 55%-i pandemiya ilə bağlı əsas çətinliklərin hələ qarşıda olduğunu deyib. 29% hesab edir ki, əsas çətinlik indi yaşanır, 7% isə çətinliklərin arxada qaldığını düşünür.
Oktyabr sorğusuna görə, COVİD-19-un qarşısının alınması istiqamətində görülən tədbirlər sırasında respondentlər ən çox ayrı-ayrı qrupların (həkimlərin, tərbiyəçilərin, nəqliyyat, ticarət sahəsində və digər bu kimi sahələrdə çalışanların) məcburi peyvəndlənməsini bəyənir. Rusiyalıların 53%-i məcburi vaksinasiyanın bütün ölkə boyu, 8% isə ayrı-ayrı bölgələdə tətbiq olunmasına tərəfdardır.
Sorğu iştirakçılarının ən az dəstəklədiyi metod ümumi karantin rejimidir.
Respondentlərin 25%-i ölkə üzrə, 18%-i yalnız bəzi bölgələrdə qapanmaya gedilməsini istəyir. Sorğu iştirakçılarının 54%-i isə ümumiyyətlə karantin rejiminin əleyhinədir.скачать dle 12.1