Bia.Az

Ermənistanın yeni iqtisadi göstəriciləri

Dünya
 27-10-2021, 09:23     201

2021-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda ümumi daxili məhsul əvvəlki ilin doqquz ayına nəzərən 4,4% artıb. Novator.az-ın məlumatına görə, ölkənin Statistika Komitəsi oktyabrın 26-da belə hesabat yayıb.

Rəsmi statistikaya əsasən, tikinti sektoru və ticarət dövriyyəsinin hər birində 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,4%, sənaye istehsalında 0,7% yüksəliş, kənd təsərrüfatında 1,5% tənəzzül qeydə alınıb.

İdxalın 17,2%, ixracın 9,4% böyüdüyü vurğulanır.скачать dle 12.1