Bia.Az

İranda edamlar: statistika açıqlanıb

Dünya
 27-10-2021, 09:21     191

2020-ci ildə İran İslam Respublikasında 250-dən çox adam edam edilib. Onlardan ən azı 4 nəfəri yetkinlik yaşına çatmamış şəxslərdir.

Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu statistikanı BMT-nin İranda insan hüquqları üzrə məruzəçisi Cavid Rəhman açıqlayıb.

O qeyd edib ki, İranda həyata keçirilən edamlarla bağlı rəsmi statistika yoxdur və bu, ölüm hökmlərinin icrası prosesini dəqiq izləməyə mane olur.

İranda ölüm hökmlərinin qorxunc bir sürətlə tətbiq edildiyini vurğulayan Cavid Rəhman 2021-ci ilin bu gününədək ölkədə artıq 230 nəfərin edam olunduğunu diqqətə çatdırıb. O deyib ki, həmin 230 nəfərdən 9-u qadın, biri uşaqdır.

“Amnesty İnternational” təşkilatının hesabatına görə, ötən il Yaxın Şərqdə 493 nəfər məhkəmə hökmüylə edam olunub. Edamların sayına görə İran birinci yerdə durur. Sonrakı yerlərdə Misir, İraq və Səudiyyə Ərəbistanı gəlir.

“Amnesty İnternational” təşkilatının hesabatına Suriya kimi silahlı münaqişələrin bürüdüyü ölkələr, o cümlədən minlərlə edamı dövlət sirri kimi qoruyan Çin Xalq Respublikası daxil deyil.


Mənbə:

 Apnews.comскачать dle 12.1