Bia.Az

Türkiyədəki yanğınlarla bağlı ən son vəziyyət AÇIQLANDI

Dünya
 2-08-2021, 10:14     244

Türkiyədə son 6 gündə 35 müxtəlif şəhərdə baş verən 129 yanğından 122-si nəzarət altına alınıb.

Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyənin rabitə naziri Fəxrəddin Altun deyib. O hazırda, 7 nöqtədə davam edən yanğınların söndürülməsi üçün iş aparıldığını deyib.

Nazir həmçinin sosial şəbəkələrin Türkiyə seqmentində yanğınlarla bağlı yayılan səsyazmaların və digər məlumatların həqiqəti əks etdirmədiyini deyib və vətəndaşları bu cür informasiyalara etibar etməməyə çağırıb.скачать dle 12.1