Bia.Az

Türkiyəyə 3 yanğınsöndürən təyyarə göndəriləcək

Dünya
 2-08-2021, 10:09     217

Avropa İttifaqı (Aİ) davam edən meşə yanğınlarının söndürülməsinə yardım etmək məqsədilə Türkiyəyə 3 yanğınsöndürən təyyarə göndərəcək.

Bu barədə özünün "Twitter" səhifəsində Aİ-nin böhranların nizamlanması və humanitar yardım üzrə komissarı Yanez Lenarçiç yazıb.

"Yaxınlarını itirən Türkiyə xalqını və dəhşətli yanğınlarla mübarizə üçün əllərindən gələni edən cəsur xilasediciləri düşünürük. Əlavə yardım göstərməyə hazırıq", - o bildirib.скачать dle 12.1