Bia.Az

Nazir evə qapanmanın bəzilərinin xoşuna gəldiyini deyir

Dünya
 26-06-2021, 10:50     289

Böyük Britaniyanın psixoloji sağlamlıq üzrə naziri Nadin Dorris parlamentdə çıxışı zamanı pandemiyanın ailələrə təsirindən danışıb.

Novator.az saytı Böyük Britaniyanın “Sky News” kanalına istinadla bildirir ki, Nadin Dorris pandemiya gövründə distant təhsilin, evə qapanmanın, çansıxıcı durumun ailələrin həyatında çətinlik yaratdığını, ancaq bunun faciəvi olmadığını vurğulayıb: “Pandemiyanın psixoloji sağlamlığa təsir etdiyini bilirəm. Ancaq dövri mətbuatda gedən məlumatlar göstərir ki, faktiki olaraq bəzi insanlar, xüsusilə də ailə başçıları pandemiya dövründə əslində psixoloji sağlamlıqlarının, əhval-ruhiyyələrinin yaxşılaşdığını bəyan edirlər. Təəccüblü də olsa, il ərzində övladlarını təcrid etmək bəzi valideynlərin xoşuna gəlib”.

Nadin Dorris əvvəlki çıxışlarında pandemiya ilinin hamı üçün çətin keçdiyini vurğulamışdı. O, bu dövrün xüsusilə məktəbə gedə bilməyən, gündəlik rejimi pozulan, dostlarından, sosial həyatdan uzaq düşən uşaqlar üçün çətin keçdiyini bəyan etmişdi.

Nazir parlamentdəki çıxışı zamanı tətbiq olunan məhdudiyyətlərin ilk mərhələsində həqiqətən də uşaqların və gənclərin özlərini pis hiss etdiklərini söyləyib: “İlk dövrlərdə uşaqların və gənclərin psixoloji durumu elə də ürəkaçan deyildi. Onlar narahatlıq keçirirdilər. Ancaq mən bir məqamı qeyd etmək istərdim: biz psixoloji problemlərlə üzləşən, əzab-əziyyət çəkən, ancaq bütün bu çətinliklərə rəğmən ayaq üstə dimdik durmağı bacaran bir yeni nəsil görürük və bu nəslin nümayəndələri ilə fəxr etməliyik”.

Mənbə: News.sky.comскачать dle 12.1