Bia.Az

Koronavirus haqda saxta xəbərlər ən çox harada yayılır?

Dünya
 26-06-2021, 10:42     253

Baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən “Avaaz” beynəlxalq hüquq müdafiə təşkilatı COVİD-19 infeksiyası haqda dezinformasiyaların ən çox hansı mənbələrdə yayıldığını araşdırıb.

Novator.az saytı Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşrinə istinadla bildirir ki, “Avaaz”ın apardığı tədqiqatın nəticələri iyunun 24-də açıqlanıb.

Nəticələrə görə, “Google”, “Apple”, “Facebook”, “Amazon” и “Microsoft” şirkətləri kimi texnologiya nəhənglərinin heç biri koronavirusla bağlı dezinformasiyalara qarşı effektiv mübarizə apara bilmir.

COVİD haqda saxta xəbərlərə qarşı mübarizə baxımından ən acınacaqlı vəziyyətin hökm sürdüyü dörd platformadan ikisi isə “YouTube” kanalı və “Twitter” şəbəkəsidir. Bu platformalarda dəqiqləşdirilməmiş informasiya axınına qarşı faktiki heç bir tədbir görülmür.

“Facebook” şirkəti dezinformasiyalara qarşı mübarizə aparsa da, “Avaaz”ın apardığı tədqiqat göstərib ki, koronavirusla bağlı saxta xəbərlərin yayıldığı ən böyük mənbə “Facebook” sosial şəbəkəsidir.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası indiyədək 209 ölkə, ərazi və məkanda 3 milyon 917 mindən çox adamın ölümünə səbəb olub.

Mənbə: Euobserver.comскачать dle 12.1