Bia.Az

Tbilisidə bağlanan otellərin sayı artır

Dünya
 13-03-2020, 14:51     320

Tbilisidə bağlanan otellərin sayı artırKoronavirusla bağlı vəziyyətlə əlaqədar olaraq Tbilisidə fəaliyyətini dayandıran otellərin sayı artır.

“bia.az”ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “IPN” agentliyinə ölkənin Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə 15-ə yaxın otel müvəqqəti olaraq bağlanıb.

Federasiya rəhbəri deyib ki, mart-aprel ayları ilə yanaşı, may ayına olan rezervasiyalar da ləğv olunur.

O, turizm sektorunun hökumətdən konkret qərarlar gözlədiyini qeyd edib.скачать dle 12.1