Bia.Az

Ermənistanda texnologiya mərkəzi bağlandı

Dünya
 13-03-2020, 10:54     317

Ermənistanda texnologiya mərkəzi bağlandıErmənistanda “Tumo” texnologiya mərkəzi koronavirusa görə aprelin 12-dək bağlanıb.

“bia.az” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Tumo”nun “Facebook” səhifəsində yazılıb.

Bildirilib ki, mərkəzdə 20 minə yaxın insan təlim keçir: “Koronavirusa yoluxma riskini azaltmaq məqsədilə təlimləri müvəqqəti olaraq dayandırırıq”.

Ermənistanda “Tumo” 2011-ci ildə açılıb. Orada 12-18 yaş arası şəxslər informasiya texnologiyası sahəsində təlim keçir.

Qeyd edək ki, orta məktəblərin bağlanması və konstitusiya islahatı ilə bağlı aprelin 5-də keçirilməsi planlaşdırılan referendumla əlaqədar təbliğat kampaniyasının dayandırılması da müzakirə olunur.

Xatırladaq ki, Ermənistanda 4 nəfər koronavirusa yoluxub, 57 nəfər isə karantinə alınıb.скачать dle 12.1