Bia.Az

"Həddini bil, yoxsa türkün qəzəbini dərk edərsən" - Ərdoğan Mitsotakisə

Dünya
 12-02-2021, 00:24     91

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 10-da birbaşa Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin ünvanına aşağılayıcı ifadələr işlədib. 

Türkiyə lideri Yunanıstanın Baş nazirinin ünvanına sərt tənqidi fikirləri hakim Ədalət və İnkişaf Patiyasının üzvləri qarşısındakı çıxışı zamanı səsləndirib. Bu barədə «Orthodox Times» nəşri xəbər verib.

«Mən, bəyan etdim ki, Mitsotakislə görüşə bilərik. Əgər sən rahatlıq istəyirsənsə, məni təxribata çəkmə. Biz dedik ki, danışıqlar təmasları başlamalıdır və onlar ötən həftə İstanbulda başladı. Ancaq Mitsotakis yenidən təxribata əl atdı. Siz, danışıq masasına əyləşirsiniz, sonra durub gedirsiniz. Öz həddinizi bilin. Əgər siz, öz həddinizi bilmirsinizsə deməli, siz, ayaqlarınızla masanı vurub, masa arxasından qaçırsınız» - Ərdoğan deyib.

Ardınca, Ankara ilə Afina arasındakı Şərqi Aralıq dənizi mübahisəsinə toxunakən, Türkiyə dövlətinin başçısı bəyan edib (yunan nəşri onun sözlərini çatdırır): «Tamamilə aydındır ki, siz, adalarda (Aralıq dənizinin şərq hissəsində - Red.) nə edirsiniz. Siz, inandıqlarınızdan heç bir fayda görməyəcəksiniz. Hansı kömək gəlsə də, bilməlisiniz ki, Türkiyə doğru hərəkət edir və möhkəm dayanıb. Siz, türklərin qəzəbini yaxşı dərk edəcəksiniz».
скачать dle 12.1