Bia.Az

Moldova, Gürcüstan və Ukrayna bölgədə ABŞ-ın dayağı olacaq - Hərbi ittifaq planlanır

Dünya
 10-02-2021, 09:50     332

Amerika Birləşmiş Ştatları (ABŞ) Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaq formalaşdırmağı planlaşdırır. Bu barədə feralın 9-da Polşa KİV-тə istinadla «Moldavskiy piston» teleqram-kanalı danışıb.

Onların məlumatına görə, artıq üç dövlətin idarələri arasında məsləhətləşmələr başlanıb. Bu barədə informasiya Ukrayna xarici siyasət idarəsinin başçısı tərəfindən təsdiqlənir.

«Üçtərəfli ittifaqa gəlincə, mən, bu gün ABŞ-ın dövlət katibi Toni Blinkenə dedim ki, ABŞ Ukraynaya - məhz Qara dəniz bölgəsində və Mərkəzi Avropada etibarlı həmkara ümid edə bilər.

 Bura həmin yerdir ki, biz real töhfə verə bilərik.

Sizi inadırıram, həm Gürcüstan və Moldova, həm də Ukrayna artıq fəal şəkildə bu istiqamətdə hərəkət edirlər» - deyə, nazir Dmitri Kuleba qeyd edib.

Rəsmi Kişinyov hələlik bu istiqamətdəki planlarını şərh etməyib.

Xatırladaq ki, Moldovanın yeni prezidenti Maya Sandunun ilk xarici səfəri yanvarın 12-də Ukraynaya olub. Qəbul zamanı o, «Krım - Ukraynadır» deməyə tələsib.

BİA.AZ
скачать dle 12.1