Bia.Az

“Rusiya ilə “axırıncı körpünü” də dağıtmayaq” – Almaniya prezidentindən çağırış

Dünya
 8-02-2021, 11:52     328

Enerji sahəsi Rusiya ilə Almaniya Federativ Respublikasını hələ də birləşdirir. Belə bəyanatla Almaniyanın «Handelsblatt» nəşrinə müsahibəsində Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer çıxış edib.

O, qeyd edib ki, ölkələr gərəkdir ki, sonuncu əlaqəni dağıtmazdan əvvəl fikirləşsinlər. Siyasətçi bildirib ki, körpülərin dağıdılması güc təzahürü deyil.

«Son illər münasibətlərin dayanıqlı pisləşməsindən sonra, enerji münasibətləri Rusiya və Avropa arasında demək olar, sonunu körpü olub. Hər iki ölkə fikirləşməlidir, bu körpünü tamamilə və dönməz şəkildə dağıtmağa dəyərmi? Mən, hesab edirəm ki, körpülərin dağıdılması - güc təzahürü deyil» - Ştaynmayer deyib.

O, qeyd edib ki, sonuncu əlaqəni kəsməklə, Berlin özü özünü Rusiyadakı situasiyaya təsir imkanlarından məhrum edir, hətta əgər bloger Aleksey Navalnıya görə, onu «qəbuledilməz» saysa da.

Əgər Almaniya prezidentinin sözlərini adi dilə çevirsək, belə çıxır ki, o, «Şimal axını-2» kəmərinin tikintisinə tərəfdar olduğunu bildirir - Navalnı ilə bağlı situasiyadan asılı olmayaraq. Ancaq həm də Berlinin Moskvanı demokratik normaları saymamaqda tənqid etmək hüququnun da saxlanmasının tərəfdarıdır.

Xatırladaq ki, «Şimal axını-2» layihəsinin xeyrinə həm də Almaniya kansleri Angela Merkel çıxış edib. Onun fikrincə, qaz kəməri kömürdən və atom enerjisindən bərpa olunan mənbələrə keçidi başa çatdırmağa imkan verəcək.

Xəbər verildiyi kimi, belə mövqeyi Fransa prezidenti Emmanuel Makron və Avstriya kansleri Sebastyan Kurts da dəstəkləyib.

BİA.AZ
скачать dle 12.1