Bia.Az

ƏMR VERİLDİ: Ordu hərəkətə keçdi MÜHARİBƏ BAŞLAYACAQMI? - TƏFƏRRÜATLAR

Dünya
 29-01-2021, 02:13     246

İsrail ordusuna İranın nüvə proqramına qarşı planlar hazırlama təlimatı verilib.

BİA.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koçavi danışıb.

Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun video-konfransında çıxış edən Koçavi nitqinin böyük hissəsini İranla bağlı məsələlərə ayırıb. O, ABŞ-ın rəsmi Tehran ilə imzalanan nüvə razılaşmasına geri qayıtmasının doğru olmayacağını deyib.

İran hökumətinin nüvə fəaliyyətinə də toxunan Baş Qərargah rəisi qeyd edib ki, İran gizli və ya təhrikedici şəkildə nüvə bombası hazırlamağa qərar verə bilər: “Bu əsas analiz işığında İsrail ordusuna mövcud olanlara əlavə olaraq əməliyyat planları hazırlaması əmri verdim. Bu planları incələyirik və gələn il ərzində inkişaf etdirəcəyik”.

O, hazırlanacaq planların həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı qərarın hökumət tərəfindən veriləcəyini deyib.

Qeyd edək ki, 5+1 ölkələri ilə İran arasında 2015-ci ildə nüvə razılaşması imzalanmış, sabiq ABŞ prezidenti Donald Tramp 2018-ci ildə bu razılaşmadan geri çəkilmişdi.скачать dle 12.1