Bia.Az

Festivalda silahlı insident: ölənlər var

Dünya
 Dünən, 10:43     134

ABŞ-ın Sietl şəhərində keçirilən qastronomiya festivalı zamanı silahlı insident baş verib.

Axar.az xəbər verir ki, bu barədə "Sietl Tayms" məlumat yayıb.

Bildirilib ki, insident nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.

Yaralananlardan dördü xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır. Bir nəfər isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılıb-saxlanılmadığı hələlik açıqlanmayıb.скачать dle 12.1