Priqojinin qaranlıq şəbəkəsi ifşa edildi, rəhbəri isə… – Kremlin belə əli çatmır
“Vaqner” özəl hərbi şirkətinin qalıqları Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıblar.
Globalinfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri məlumat yayıb.
“Vaqner”in qalıqları Mərkəzi Afrika Respublikasındakı Ubanqi çayının yuxarı axarında yerləşib və orada faktiki olaraq hüquq-mühafizə orqanlarının və hətta Kremlin əli çatmayan bir narkotik imperiyası yaradıblar. Qrupa Yevgeni Priqojinin oğlu Pavel Priqojin rəhbərlik edir”, – nəşr bildirib.
Məlumata görə, MAR-da qalan vaqnerçilər üçün əsas ticarət mənbəyinə çevrilən “tramadol” yüksək dozada qəbul edildikdə stimullaşdırıcı rol oynayır:
“Tramadolun tövsiyə olunan dozası adətən 50-100 mq-dır, lakin 200 mq və ya daha çox aktiv maddə olan tabletlər MAR-da geniş şəkildə satılır.
Tramadol ticarəti üzərində nəzarət vaqnerçilərə ölkənin meşə və qızıl ehtiyatlarını istismar etməyə imkan verir. Cenevrədə yerləşən Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs analitik mərkəzinin məlumatına görə, qanunsuz qızıl ixracı “Vaqner”ə ildə təxminən 180 milyon dollar gəlir gətirir, tramadolun qonşu ölkələrə qaçaqmalçılığı isə əlavə gəlir mənbəyi təmin edir”.




