Bia.Az

Millət vəkilinə qarşı sui-qəsd: 9 nəfər öldü

Dünya
 20-12-2020, 13:32     341

Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti terror aktı törədilib.

BİA.az xəbər verir ki, bu barədə “Tolo News” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, partlayış Spin Kalay meydanında baş verib. Hücumun hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub.

“Pajvak” agentliyinin verdiyi məlumata görə, millət vəkili yaralanıb. Terror hücumu nəticəsində doqquz nəfər ölüb, altı nəfər xəsarət alıb.

İndiyə qədər heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. “Report”скачать dle 12.1