Bia.Az

Ermənistan müxalifəti ümumermənistan tətili elan edib

Dünya
 19-12-2020, 18:26     408

"Həfətinin ikinci günündən ümumermənistan üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır".

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir kir, bunu dekabrın 19-da “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.
O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb:

“Dekabrın 22-də saat 12.00-da Respublika meydanınında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.

Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.скачать dle 12.1