Bia.Az

Avropa Parlamenti SEPAH-ı terror təşkilatı elan etdi

Dünya
 23-01-2026, 11:21     929

anvarın 22-də Avropa Parlamenti 562 lehinə, 9 əleyhinə və 57 bitərəf səslə İranda minlərlə etirazçının qətliamını pisləyib və İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terrorçu siyahısına daxil edilməsini təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə AP-nin yaydığı bəyanatda bildirilib.

"İranda minlərlə etirazçının qətliamı rejimin müxalifətçilərə qarşı repressiyaları və sistematik soyqırımının dəhşətli bir epizodudur", - Avropa Parlamentinin bəyanatında deyilib.

Avropa Parlamentinin üzvləri hazırda həbsdə olan bütün etirazçıların, insan haqları müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıblar.

Parlament Avropa Birliyi Şurasını İslam İnqilabı Keşikçiləri Korpusunu, o cümlədən ona bağlı "Bəsic" və “Qüds” qüvvələrini dərhal terror təşkilatı kimi tanımağa çağırıb.скачать dle 12.1