Bia.Az

Honkonq faciəsi: ölənlərin sayı yenə artdı...

Dünya
 3-12-2025, 00:54     620

Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı artıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Honqkonq polisi bu gün yanan binalarda aparılan axtarışlar zamanı daha 5 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Bununla da yanğın nəticəsində həyatını itirənlərin ümumi sayı 156-ya çatıb.

Məlumata görə, ölənlərdən 127-nin şəxsiyyəti artıq müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş vermişdi.скачать dle 12.1