Bia.Az

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... - Sorğu

Dünya
 3-12-2025, 00:53     624

"EuroPoll Statistics" sorğu təşkilatı Türkiyə ictimaiyyətinin hansı ölkələri dost hesab etdiyinə dair respondentlərin rəyini öyrənib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, sorğu iştirakçılarına növbə ilə 20 ölkənin siyahısı verilib.

"Siz o ölkəni Türkiyənin dostu hesab edirsinizmi?" sualı ilə keçirilən sorğuya Azərbaycan liderlik edib.

Respondentlərin 94,2%-i Azərbaycanı dost hesab edib. Ermənistan isə 3,3 %-lə siyahının sonunda yer alıb.

Cənubi Koreya (90%), Yaponiya (89,4%), İtaliya (70,7%) və Rusiya (62,1%) ilk beşliyə daxildir.

Ən az dost ölkələr İsrail (8,2%), Fransa (9,6%), Böyük Britaniya (11,4%) və ABŞ (17,2%) olub.скачать dle 12.1