Lavrov yoxa çıxdı: o haradadır? – Qəribə xəbər yayıldı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddətdir görünmür.
Globalinfo.az xəbər verir ki, xarici KİV-də Lavrovun bir müddətdir iclaslarda iştirak etmədiyi, media qarşısına çıxmadığı və açıqlamalar vermədiyi yazılıb.
“Kommersant” nəşrinə görə, dünən keçirilən müşavirədə Putin nüvə sınaqları ilə hədələyərkən də Lavrov iclasda iştirak etməyib.
Qəzet bu vəziyyəti “nazirin razılaşdırılmış şəkildə iştirak etməməsi” kimi təqdim edib.
Demək olar ki, eyni ərəfədə Lavrov “Böyük 20-lik” (G20) sammitində Rusiya nümayəndə heyətinin rəhbəri statusunu da itirib. Bundan əlavə, Sergey Lavrov artıq bir müddətdir informasiya gündəmindən kənarda qalıb — onun son ictimai çıxışı oktyabrın sonunda olub.
Daha əvvəl bildirilib ki, Rusiya rəhbərliyi Budapeştdə Putin və Tramp arasında baş tutmayan danışıqlara görə günahkar axtarır və əsas məsul şəxs kimi məhz Sergey Lavrov göstərilib.









