Bia.Az

“İsrail ilk gecə İrana elə bir ziyan vurdu ki..” – Tramp

Dünya
 7-11-2025, 01:04     622

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında İsrailin İranla 12 günlük müharibəsinin ilk gününü İsrail üçün əla gün adlandırıb.

Globalinfo.az-ın xəbərinə görə, Tramp həmin gecə Tehranın bir sıra yüksək rütbəli hərbi komandirlərinin öldüyünü və bu hücumların müharibənin digər günlərində baş verən hadisələrdən daha çox ziyan vurduğunu bildirib.

O vurğulayıb ki, İsrailin ilk gecə həyata keçirdiyi əməliyyat İran üçün strateji baxımdan ən böyük zərbələrdən biri olub. Trampın sözlərinə görə, bu hücumların effektivliyi həm hərbi, həm də siyasi sahədə Tehran üçün ciddi nəticələr doğurub.скачать dle 12.1