Bia.Az

Polşadan Ukraynaya yaşıl işıq: İstənilən hədəfi vura bilərlər

Dünya
 28-10-2025, 02:02     514

Ukraynanın müdafiə hüququnun sərhədi yoxdur. 

Globalinfo.az xəbər verir ki, bu barədə Poşanın Baş naziri Donald Tusk “Sunday Times” qəzetinə verdiyi müsahibədə danışıb.

Qəzetin yazdığına görə, Tusk bu açıqlamanı Varşava məhkəməsinin Almaniyanın tələbini rədd etməsindən sonra verib. Həmin tələb “Şimal axını–1” və “Şimal axını–2” qaz kəmərlərinin partladılmasında günahlandırılan ukraynalı dalğıcın ekstradisiyası ilə bağlı idi.

Ukrayna bu müharibədə özünü müdafiə edir və Avropanın istənilən nöqtəsində Rusiyaya bağlı hərbi və iqtisadi hədəfləri vurmaq hüququna malikdir,” – deyə Tusk qeyd edib.

Xatırladaq ki, amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş 2023-cü ildə dərc etdiyi araşdırmada “Şimal axını” kəmərlərinin partladılmasının arxasında ABŞ-ın dayandığını iddia etmişdi.

Herşin məlumatına görə, NATO-nun Baltik dənizində keçirdiyi təlimlər zamanı ABŞ hərbi dalğıcları boru kəmərlərinə partlayıcı maddələr yerləşdiriblər, daha sonra isə norveçli mütəxəssislər bombaları uzaqdan partladıblar.скачать dle 12.1