Bia.Az

Şuşanın “itirilməsində” ittiham olunan generalla bağlı QƏRAR

Dünya
 28-10-2025, 01:49     449

Keçmiş qondarma rejiminin “komandanı”, general-leytenant Mikael Arzumanyan üç il həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Yerem Sarkisyan məlumat yayıb.

Hakim Vardqs Sərkisyan tərəfindən verilən qərara əsasən, Arzumanyanın həbs qətimkan tədbiri dəyişdirilib.

Qeyd edək ki, Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrınadək Qarabağdakı separatçıların “komandanı” olub.

2021-ci ildə Ermənistanda həbs edilib. O, səhlənkarlıqda ittiham olunub. Ermənistan silahlı qüvvələrinin ona görə tarixi Azərbaycan şəhəri olan Şuşanın üzərində nəzarəti itirdiyi iddia olunur.скачать dle 12.1