Bu iki lider Putinin ad gününü təbrik etmədi
ABŞ Prezidenti Donald Tramp oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinə ad günü təbriki göndərməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Böyük Britaniyanın baş naziri Keir Starmer də Putinə ad gününü təbrik etmədiyini bildirib.
O, Hindistana uçan təyyarədə jurnalistlərə deyib:
“Sadəcə qeyd edim ki, mən Putini ad günü münasibətilə təbrik etməmişəm”.










