Bia.Az

Pezeşkian İran məmurlarını tənqid etdi

Dünya
 15-10-2025, 01:46     435

“Ölkədəki problemlərin əsas səbəbkarı qərar qəbul edənlər və məmurlardır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O, dövlət qulluqçularının davranışlarını dəyişməsinin vacibliyini vurğulayıb:

“İnsanlar mövcud şəraitdən narazıdırlarsa, bu, bizim günahımızdır. Biz insanların etimadını doğrultmaq üçün davranışlarımızı və qərarlarımızı dəyişməliyik.

Bəzi insanlar ədalətdən çox danışır, amma əməldə onların davranışlarında düzlükdən, ədalətdən əsər-əlamət yoxdur”.скачать dle 12.1