Bia.Az

Pandemiyaya görə Ukrayna savaşı başladı - Merkel

Dünya
 7-10-2025, 00:23     504

COVID-19 pandemiyası Ukraynada hərbi münaqişənin başlanmasının dolayı səbəbi olub.

Axar.az “Bild”ə istinadən xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

O bildirib ki, koronavirus pandemiyası zamanı dünya liderləri arasında birbaşa danışıqların mümkünsüzlüyü Ukrayna məsələsində kompromis axtarışlarını çətinləşdirib:

“Əgər görüşə, fikir ayrılıqlarını üz-üzə müzakirə edə bilmirsinizsə, o zaman yeni kompromislər tapmaq mümkün deyil”.

Qeyd edək ki, Merkel həmçinin Polşa, Latviya, Litva və Estoniyanın da dolayısı ilə Ukrayna münaqişəsinin başlamasına səbəb olduğunu söyləmişdi.скачать dle 12.1