Hücum baş tutsaydı, özünü prezident elan edəcəkdi
Müxalifətin hücumu uğurlu olsaydı, keçmiş prezident Salome Zurabişvili prezident sarayına daxil olmağa hazır idi.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Qeyd edək ki, 4 oktyabrda Gürcüstanda bələdiyyə seçkiləri baş tutub. Seçkilərdən sonra müxalifətin keçirdiyi aksiyalarda hökumət qüvvələri ilə toqquşma yaşanıb.








