Avstriya neytraldır, NATO-ya qoşulmayacaq - Stoker
Avstriya neytrallıq siyasətinə yenidən baxmayacaq, NATO-ya daxil olmaq gündəmdə deyil.
Axar.az xəbər verir ki, bunu Avstriya kansleri Kristian Stoker ORF telekanalına müsahibəsində deyib.
“Biz neytral ölkəyik, neytrallıq şübhə altına alına bilməz. NATO-ya qoşulma müzakirə mövzusu deyil”, - deyə kansler bildirib.








