Bia.Az

Rusiyada azərbaycanlı diaspor nümayəndəsi həbs olundu

Dünya
 2-09-2025, 00:51     649

Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov həbs olunub.

Axar.az Apa-ya istinadən xəbər verir ki, Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı mənimsəməyə cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilir.

İstintaq hesab edir ki, cinayəti törətmək üçün cinayəti törədən şəxslər, o cümlədən Şahlar Novruzov Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış nikah şəhadətnaməsini təqdim ediblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslərin məhkəməyə təqdim etdiyi sənəd saxta olub.скачать dle 12.1