SEPAH-ın kəşfiyyat rəhbəri və müavini öldürüldü – Təsdiqləndi

SEPAH kəşfiyyat rəhbəri Məhəmməd Kazıminin öldüyünü təsdiqləyib.
Həmçinin M.Kazımi ilə birlikdə onun yardımçıları Həsən Mühəqqəq və Möhsün Bagiri ilə həlak olub.
***15.06.2025 20:24
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri və onun Tehrandakı müavini İsrailin zərbələrində öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib.
O bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat rəhbəri və onun Tehrandakı müavini öldürülüb.
“İran International” yazıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəisi Məhəmməd Kazımi və onun müavini Həsən Mühəqqəq İsrailin qurumun binasına hücumu zamanı dağıntılar altında qalıb.
Əliyar Xəlil
Globalinfo.az