Bia.Az

Xamenei bunkerə köçürüldü, ölkəni tərk edə bilər – Gizli danışıqlar

Dünya
 16-06-2025, 01:04     404

İranın ali rəhbəri Seyid Əli Xamenei Tehranın şimal-şərqində yerləşən Lavizan bölgəsindəki bunkerə köçürüldü.

Globalinfo.az xəbər verir ki, bu barədə “İran İnternəşnl” məlumat yayıb.

Məlumata görə, İran rəhbərliyi Rusiya ilə mümkün təxliyə üzrə danışıqlara başlayıb.

Xameneinin administrasiya rəhbərinin müavini Əli Əsgər Hecazi İsrailin zərbələri səbəbindən İranda vəziyyətin daha da pisləşəcəyi təqdirdə ölkəni tərk etmək ehtimalı ilə bağlı Rusiya rəsmiləri ilə gizli danışıqlar aparır.

Bildirilir ki, yüksəkrütbəli rusiyalı məmurlardan biri Hicaziyə şəxsi zəmanət verib: İranda vəziyyət pisləşərsə, Moskva onun və ailə üzvləri üçün təhlükəsiz təxliyə marşrutu təşkil edəcək.

İddia edilir ki, digər yüksəkrütbəli İran rəsmilərinin də oxşar razılaşmaları var. Onlardan bəzilərinin mümkün qaçış yollarını müəyyənləşdirdiyi deyilir.скачать dle 12.1