Bia.Az

İranın İsrailə raket hücumu başladı – VİDEO

Dünya
 15-06-2025, 01:00     368

İranın İsrailə ballistik raketlər və PUA-larla kütləvi hücumu davam edir. 


Globalinfo.az xəbər verir ki, bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.

Qeyd olunur ki, raketlərin bəziləri hava hücumundan müdafiə sistemlərini keçərək Hayfa şəhərində hədəfləri vurub.


***
İrandan İsrailə raket hücumunun yeni dalğası başlayıb. 
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, raketlər Tehrandan buraxılır.
İsrail tərəfi isə atılan raketlərin havada zərərsizləşdirildiyini bildirir. Həmçinin, İsraildən cavab olaraq Tehrana raketlər atılır.

*** 00:10
SEPAH tərəfindən İrandan İsrailə doğru raketlər buraxılıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, Tehran rəsmiləri qarşı tərəfi “uzun və gərgin gecə” ilə hədələyib.
İsraildə əhaliyə sığınacaqlarda qalmaq tapşırığı verilib.скачать dle 12.1