Bill Geyts sərvətinin əsas hissəsini Afrikaya bağışlayır

“Microsoft” şirkətinin qurucusu Bill Geytsin şəxsi sərvətinin böyük hissəsi Afrikaya veriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Bill Geyts özü açıqlama yayıb.
“Yaxın zamanda söz verdim ki, sərvətimi qarşıdakı 20 il ərzində xərcləyəcəyəm. Bu vəsaitin əsas hissəsi Afrikada mövcud problemlərin həllinə kömək üçün istifadə olunacaq”, – deyə Geytsin sözlərini yerli “News 24” portalı yayıb.
Milyarder əlavə edib ki, bu vəsaitlər Bill və Melinda Geyts Fondunun xətti ilə yönəldiləcək.
Xatırladaq ki, bu ilin yazında Geyts fondun 2045-ci ilə qədər müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar ayıracağını açıqlamışdı.
Hazırda Bill Geyts dünyanın ən varlı beşinci adamıdır. Onun şəxsi sərvəti 175 milyard dollar civarındadır.