Bia.Az

Rusiyanın hücumu: NATO qırıcıları havaya qaldırıldı

Dünya
 26-05-2025, 00:58     558

Polşa mayın 25-də Rusiyanın Ukraynaya kütləvi hava hücumları səbəbindən aviasiyasını havaya qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.

“Polşa və müttəfiqlərinin təyyarələri gecə Rusiyanın uzaq aviasiyasının fəallığı səbəbindən qaldırılıb”, - məlumatda qeyd olunub.

Bundan başqa, yerüstü HHM sistemləri və radiolokasiya kəşfiyyatı yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təxminən 3 saat sonra Polşa və NATO qırıcıları bazaya qayıdıb.скачать dle 12.1