Rusiya xarici işlər naziri: Zelenski bizim üçün prinsipial məsələdir

“Ukrayna ilə sülh sazişi imzalanarkən (Prezident) Volodimir Zelenskinin legitimliyi məsələsi prinsipial əhəmiyyət kəsb edəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“İmzalanmaya gəldikdə, legitimlik məsələsi həlledici əhəmiyyət kəsb edəcək, çünki legitimlik yoxdursa, onları əvəz edənlər əldə edilmiş razılaşmanı şübhə altına ala bilərlər”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Həmçinin Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini qeyri-adekvatlıqda ittiham edib:
“Ukraynadan gələn bütün arqumentləri müqayisə etsək, onun (Zelenski – red.) qeyri-adekvat lider olduğu açıq-aydın görünür”.