Bia.Az

ABŞ Cənubi Koreyadan minlərlə əsgərini çıxara bilər

Dünya
 23-05-2025, 00:49     573

ABŞ Prezidenti Donald Trampın administrasiyası 4500-ə yaxın amerikalı hərbçini Cənubi Koreyadan çıxararaq Sakit okeanın Quam adasına və Hind-Sakit okean regionuna yerləşdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Wall Street Journal" (WSJ) məlumat yayıb.

Hazırda ABŞ-nin Cənubi Koreyada təxminən 28500 əsgəri var.

Nəşr bildirir ki, yekun qərar Ukrayna ətrafında vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq. Amerika rəsmiləri vurğulayırlar ki, Kiyevə hərbi dəstək perspektivləri aydınlaşana qədər Asiyada qoşunların azaldılması məsələsi həll olunmayacaq.скачать dle 12.1