Bia.Az

Ərdoğan və İmamoğlunun reytinqi açıqlandı

Dünya
 19-05-2025, 00:29     617

"ALF" Araşdırma Mərkəzi Türkiyədə apardığı sorğunun nəticələrini açıqlayıb.

Teleqraf "Cumhuriyyet"ə istinadən xəbər verir ki, vətəndaşlara "növbəti bazar günü seçki keçirilsəydi, kimə səs verərdiniz" sualı ilə müraciət olunub.

Mayın 1-dən 10-dək keçirilən sorğuda 3920 respondent iştirak edib.

Sorğunun nəticələrinə əsasən, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, hazırda həbsdə olan Əkrəm İmamoğlu Prezident Rəcəb Tayyib Ərdoğanı qabaqlayıb.

Rəyi soruşulanlardan 50,5 faizi sabah seçki keçirilsəydi Əkrəm İmamoğluna səs verəcəklərini söyləyiblər.

Rəcəb Tayyib Ərdoğan isə 10,7 faiz fərqlə ikinci yerdə qərarlaşıb.скачать dle 12.1