Bia.Az

Trampın bu istəyi həyasızlıqdır - Rasmussen

Dünya
 13-05-2025, 16:42     341

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı hədələri Danimarkanı getdikcə narahat edir.

Axar.az xəbər verir ki, bu barədə ölkənin sabiq baş naziri və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "Politiko"ya müsahibəsində deyib.

O, Qrenlandiyanın Danimarkanın bir hissəsi olduğunu və qrenlandiyalıların amerikalı olmaq istəmədiyini vurğulayıb:

"Hesab edirəm ki, Amerika prezidentinin müttəfiqini təhdid etməsi həyasızlıqdır. Danimarka ABŞ-ın ən yaxın və etibarlı müttəfiqlərindən biridir".

Onun sözlərinə görə, son onilliklərdə Amerika Qrenlandiyada yalnız hərbi mövcudluğunu azaldıb, baxmayaraq ki, orada bazalar yaratmaq hüququ var.скачать dle 12.1