Bia.Az

Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"

Dünya
 9-05-2025, 11:15     472

Dünən Moskvaya yollanmış və Kreml zalında Rusiya diktatoru V.Putin tərəfindən qarşılanmış Ermənistan baş naziri Nikol Paşinyan alman faşizmi üzərində qələbənin 80-ci ildönümünün qeyd edilməsi tədbirləri çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə verilən şam yeməyi zamanı digər xarici həmkarları ilə qeyri-rəsmi təmasda olub.

Moderator.az xəbər verir ki, "Armtimes"-in yaydığı məlumata görə, Paşinyan Putinlə yanaşı Çin lideri Si Zinpinlə də görüşə bilib.

Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü...

Erməni baş nazirin bu gün - mayın 9-da qələbə ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəyi də bildirilir.
скачать dle 12.1