Bia.Az

Bill Qeyts sərvətini bağışlayır: Kasıb ölmək istəyir

Dünya
 9-05-2025, 00:23     535

Maykrosoftun həmtəsisçisi, tanınmış xeyriyyəçi, milyarder Bill Qeyts 2045-ci ilə qədər sərvətinin böyük hissəsini başqalarına bağışlamağı planlaşdırır.

Axar.az-ın məlumatına görə, milyarder bildirib ki, onun fondu vasitəsilə dünyanın ən yoxsul insanlarına yardım üçün təxminən 200 milyard dollar köçürüləcək.

69 yaşlı Qeyts 2045-ci ilin sonuna qədər sərvətini bölüşdürmək və Qeyts Fondunu bağlamaq planlarını sürətləndirdiyini açıqlayıb.

O, “zəngin öldü” ifadəsini ehtiva etməyəcək bir miras buraxmaq istədiyini söyləyib.скачать dle 12.1